İsveçdə terror:

Son məlumatlara görə, İsveç polisi yük maşınını Drottninqqatan küçəsində yük maşınını kütlənin üzərinə sürən sürücünü saxlayıb. Bu barədə İsveç baş naziri Stefan Lavfen məlumat verib.
İsveç baş naziri insidentin terror hücumunun bütün əlamətlərini daşıdığını söyləyib.
İsveç televiziyası hadisədə ölənlərin 5-ə çatdığını xəbər verib.
18:38
***
İsveç baş naziri Stefan Lovfen hadisəni terror hücumu olduğunu rəsmən açıqlayıb. Terror həyəcanı verilən ölkədə parlament qapadılıb.
Hadisədən dərhal sonra çəkilən fotolarda əhali arasında böyük panika yaşandığı görünür. Yük maşınının çırpıldığı dükandan isə alovlar yüksəlir.
Hadisə yerinə gələn polislərin qaz maskası taxdığı xüsusi diqqət çəkib.
İsveçin SVT televiziyası silah səslərinin də eşidildiyini çatdırıb.
Hadisədə terror aləti kimi istifadə edilən yük maşınının Srendrups adlı pivə istehsal edən bir şirkətə aid olduğu ortaya çıxıb.
Şirkət həmin maşının daha öncə oğurlandığı barədə polisə əvvəlcədən məlumat verdiklərini təsdiqləyib.
18:22
****
İsveçin paytaxtı Stokholm şəhərində terror hadisəsi baş verib.
Musavat.com lenta.ru saytına istinadən xəbər verir ki, naməlum şəxs yük maşınını kütlənin üzərinə sürüb.
Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Reuters-in verdiyi xəbərə əsasən hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.
İlkin məlumatlara görə hadisə yerində 3 nəfər həlak olub.
Bundan başqa şahidlər hadisə yerində silahlı adam gördüklərini təsdiq edirlər. Xüsusi xidmət orqanları artıq qəti dillə bu hadisənin bir terror aktı olduğunu söyləyirlər.
Polis anonslarında terror həyəcanının verildiyi bildirilir. İsveç polisinin sözcüsü Towe Hagg , Reuters-ə bir yük maşınının avtomobillər üçün qapalı sayılan Drottningatan prospektinə girdiyini bildirib.
Yük maşınının həmin küçədəki bəzi dükanlara çırpıldığı xəbərləri yer alıb. Hazırda Stokholmun mərkəzində yerləşən bu prospekt polis səddi ilə dövrəyə alınıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26