Interposta.Info

Ərdoğandan çox ağır —

Dünya
 7-04-2017, 07:24     472

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropanı sərt tənqid edib.

Ölkə başçısı Balıkəsirdə təşkil olunan mitinqdə çıxışı zamanı Avropanı tükənən “çürüyən qitə”yə bənzədib.

“Avropa bu gün çürüməkdə olan qitədir, onun artıq nə Türkiyəyə, nə də ki beynəlxalq ictimaiyyətə deyəcək sözü yoxdur. Avropa özünü tükəndirib və düşdüyü vəziyyət ona baha başa gələcək. Avropalıların əsrlərlə qoruduğu dəyərlər rədd edilib”, - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, bu gün Avropa ölkələrində insan haqları pozulur, demokratiya normalarına əməl olunmur:

“Avropa artıq demokratiya mərkəzi yox, zorakılıq və nasizm mərkəzidir. Bu gün milyardlarla insanın gözü qarşısında Avropa insan haqlarını pozur. Avropa artıq demokratiyanın yox, zorakılığın, nasizmin mərkəzidir"./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26