Interposta.Info

Rusiyada iki polis güllələndi -

Dünya
 4-04-2017, 13:39     585

12:07

Rusiyanın Həştərxan şəhərində yol qəzasının qeydiyyatını aparmağa gələn iki polis naməlum şəxslər tərəfindən güllələnib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan bölməsindən məlumat verilib.

“Gecə aprelin 4-də Dövlət Avtomobil Müfəttişliyinə Həştərxan şəhəri Lenin rayonunda “Qazel” və “Nissan” markalı avtomobillərinin toqquşması ilə bağlı məlumat daxil oldu. Hadisə yerinə xüsusi taborun patrulu göndərildi. Məlumata görə, yol polisi əməkdaşları qəzaya uğrayan mikroavtobusun içində olanlar tərəfindən silahlı hücuma məruz qalıb. Şübhəlilər polislərə odlu silahlardan atəş açdıqdan sonra gizləniblər. Hər iki polis təcili tibbi yardım gələnə qədər aldıqları yaradan ölüb”, - məlumatda qeyd olunub.

Şübhəlilərin tutulması istiqamətində “Sirena” əməliyyat planı hazırlanıb.

Həlak olan polislərdən biri leytenanat, digəri isə baş leytenant olub.

Hadisə ilə bağlı “hüquq-mühafizə orqanlarının həyatına qəsd”, “silah oğurluğu”, “qanunsuz silah və sursat gəzdirmə” maddələri ilə cinayət işi açılıb.

***

Cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti məlum olub - Nurbol Saspanov (1990), Əlibəy Qizatov (1992), Zakir Tacikov (1992), Namiq Ağarzayev (1996), Ramzan Kukulayev (1996), Qədirbəy Maymaşev (1996), İlyas Maqomedov (1979), Əhməd Maqomedov (1986).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26