Interposta.Info

Körpüyə öz adımı... -

Dünya
 30-03-2017, 22:52     535

Üçüncü körpünün adını “Tayyib Ərdoğan” qoymadım. Görürsünüz də, necə də təvazökaram.

Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Sarıyer bölgəsində referendum əleyhdarları ilə olan söhbətdən söz açarkən deyib.

“Xeyr” (Referendum əleyhinə kampaniya aparanlar qısaca olaraq belə adlanır) çadırına girdim. Nəyə görə “Xeyr” dediklərini soruşdum. “Daha çağdaş Türkiyədə yaşamaq üçün” dedilər. “Oradan Sultan Yavuz Səlim körpüsü görünür, nə üçün adını Rəcəb Tayyib Ərdoğan qoymadınız?” deyə soruşdular. Osmanlıda 18 milyon kv kilometrə hökm edən insanın adı o körpüyə verilməməlidirmi? Biz “Xeyr”ə hörmət edirik. Siz də qarşı tərəfə hörmət edin”, - dövlət başçısı əlavə edib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26