Interposta.Info

Deputat köməkçisi qızının qəbri üstə özünü güllələdi

Dünya
 27-03-2017, 08:27     417

Moskvanın Kotlyakovsk qəbiristanlığında qızının qəbri üstə intihar edən atanın meyiti tapılıb.
[/b]
Axar.az RİA-ya istinadla xəbər verir ki, meyiti tapılan şəxs Dövlət Dumasının deputatı Denis Moskvinin köməkçisi Vladislav Nikiforukdur. Onun cibindən məktub çıxıb. Məktubda ölümünə görə heç kimin günahlandırılmaması xahiş edilir.

Nikiforuk pnevmatik tapançaya yerləşdirdiyi döyüş gülləsi ilə intihar edib.

Qeyd edilir ki, onun qızı bir neçə ay əvvəl dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

[b]interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26