Türk ordusu
Türkiyənin Hakkari vilayətinin Yüksəkova mahalında 3 PKK-çı məhv edilib.
Axar.az xəbər verir ki, valilik yaydığı açıqlamada türk ordsunun Şəhid Polkovnik İhsan Əjdər Əməliyyatı çərçivəsində PKK terrorçularına ağır zərbələr endirdiyini yazıb.
Əməliyyatın ilk günündən bu vaxta qədər 19 terrorçunun məhv edildiyini bildirən valilik bu günlə birlikdə ölü sayının 22-yə çatdığını qeyd edib.
Xatırladaq ki, tabor komandiri polkovnik-leytenant İhsan Əjdər 2015-ci ildə PKK-çılarla döyüş zamanı qəhrəmancasına şəhid olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26