Interposta.Info

Belorus müxalifətinin mitinqi dağıdıldı -

Dünya
 25-03-2017, 20:41     839

Bu gün, martın 25-də Belorus müxalifəti paytaxt Minskdə Belorus Xalq Respublikasının yaradılmasının 99-cu ildönümü - Azadlıq günü ilə bağlı aksiya keçirməyə cəhd göstərib. Lakin aksiyanın qarşısı alınıb və bu zaman 100-dən çox adam həbs edilib.

interposta.info bildirir ki, bununla bağlı Musavat.com xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, həbs edilənlər arasında hüquq müdafiəçiləri və jurnalistlər, o cümlədən əcnəbilər var. Etiraz aksiyasının keçiriləcəyi barədə müxalifət əvvəlcədən anons etdiyi üçün paytaxtda təhlükəsizlik tədbirləri də yüksək səviyyədə hazırlanıbmış. Məlumata görə, hətta Minsk küçələrinə zirehli avtomobillər çıxarılıbmış. Yerli hakimiyyət orqanları ilə razılaşdırılmayan mitinq başlayandan az sonra əraziyə OMON-çularla dolu maşınlar gəlib. Bundan sonra isə mitinqçilərə qarşı kortonlar qurulub. Jurnalistlərin sözlərinə görə, aksiya iştirakçılarının həbsi kobud və xaotik şəkildə həyata keçirilib. “Hamıya qarşı kobudluq edirdilər, fərq qoymurdular qızdır, ya oğlan”-şahid jurnalistlərdən biri deyib.

Bu gün ölkə müxalifəti prezident Aleksandr Lukaşenkonun 2015-ci ildə vergi qanunvericiliyi ilə əlaqədar imzaladığı fərmana qarşı “Qəzəbli belorusların marşı”nı keçirməyi də planlaşdırırmış.Ancaq ilk aksiya kimi, budəfəki yürüş-mitinq də baş tutmayıb.


interposta.info

Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26