Interposta.Info

Rusiya Milli Qvardiyasına hücum –

Dünya
 24-03-2017, 13:37     519

Martın 23-dən 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum təşkil olunub.

interposta.info
TASS-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.

Səkkiz naməlum silahlı şəxs hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.

Rusiya Milli Antiterror Mərkəzindən verilən məlumata görə, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının da 6 nəfər olduğu açıqlanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26