Interposta.Info

Rusiyanın boz kardinalı

Dünya
 17-03-2017, 13:04     617

Rusiyanın boz kardinalı

Zamanında Rusiya Prezidenti Boris Yeltsin və biz hamımız Qarabağ probleminə böyük diqqət ayırırdıq.

Axar.az xəbər verir ki, bunu “Haqqin.az” saytına açıqlamasında Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis söyləyib.

“1991-ci ildə Rusiya və Qazaxıstan prezidentləri regiona səfər etdilər. Biz çalışırdıq ki, konflikt tərəfləri problemin həll etmək üçün müəyyən qərar qəbul etsinlər. Yeltsin öz avtoritetindən istifadə edərək, tərəfləri qanlı toqquşmaları dayandırmağa səslədi. Konfliktin davam etməsi Rusiyanın maraqlarına uyğun deyildi. Təəssüf ki, tərəflərin hər biri özünü haqlı sayırdı. Belə bir situasiyada vasitəçi olmaq çətin idi, amma biz çalışırdıq”, – deyə o bildirib.

Qeyd edək ki, Burbulis 1990-1992-ci illərdə Rusiyanın dövlət katibi olub. Zamanında o, Yeltsinə geniş təsir imkanları olduğuna görə Rusiyanın boz kardinalı sayılırdı. Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun iddiasına görə, məhz Burbulis 90-cı illərdə erməniləri müdafiə edirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26