Interposta.Info

Azərbaycanlı məmurun

Dünya
 14-03-2017, 07:30     457

Azərbaycanlı məmurun

Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirovun diplomu saxta çıxıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı TSN televiziyası Şərqi London Universitetinə istinadən yayıb. Belə ki, universitet televiziyaya açıqlamasında Nəsirov adlı şəxsin heç vaxt ali təhsil almadığını bildirib.

Televiziya Nəsirovun Britaniyada daşınmaz əmlaka sahib olduğunu bildirib:

"Onun mənzillərindən biri Londonun şimalında yerləşir. Dörd otaqdan ibarət mənzilə görə, Nəsirov 120 min funt sterlinq ödəyib. Hazırda bu mənzinlin qiyməti 300 min funt dəyərindədir. Nəsirovun başqa bir mənzili isə Londonun maliyyə mərkəzində yerləşir. Keçmiş məmurun 2007-ci ildə aldığı bu mənzilin hazırkı dəyəri 550 min funt olaraq qiymətləndirilir”.

Qeyd edək ki, Nəsirov 2017-ci ilin martın 3-də vəzifəsindən uzaqlaşdırılıb. Ona cinayət işi açılıb. Keçmiş məmur dövlətə 2 milyard qriven zərər vurmaqda ittiham olunur.

Roman Nəsirov əslən azərbaycanlıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26