Interposta.Info

Mosul uğrunda döyüşlər –

Dünya
 10-03-2017, 20:48     558

Mosul uğrunda döyüşlər –


CNN telekanalı İraq hökümət qüvvələrinin “İslam dövləti”nin yaraqlılarına qarşı apardığı döyüşlərin görüntülərini yayıb.

Oxu.az xəbər verir ki, video CNN-də işləyən operatorların biri tərəfindən çəkilib və telekanalın saytında yerləşdirilib.

Fevralın 24-də İraq hökümət qüvvələri Mosul hava limanını və onun yaxınlığında yerləşən hərbi düşərgəni tam nəzarətə götürüblər.

Qərbi Mosulun azad edilməsinə dair əməliyyatın başlanması barədə fevralın 19-da İraqın baş naziri Heydər əl-Abadi bəyan edib. Bir ay əvvəl hərbçilər şəhərin şərq hissəni tamamilə terrorçulardan azad ediblər.

Mosul İŞİD-in İraqdakı paytaxtı sayılır. Şəhərin azad edilməsi üçün yerüstü hərbi əməliyyat 2016-cı ilin oktyabrın 17-də başlayıb. İraq ordusunu ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri dəstəkələyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26