Interposta.Info

“Bu seçki qabalıq atmosferində pul kisələrinin müharibəsi olacaq-

Dünya
 6-03-2017, 17:52     509

“Bu seçki qabalıq atmosferində pul kisələrinin müharibəsi olacaq-

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkədə seçkiqabağı situasiya və aprelin 2-də keçiriləcək parlament seçkiləri ilə bağlı çıxış edib.

Musavat.com Ermənistan mətbuatına istinadən həmin yazını təqdim edir:

“Mən çoxdandır müsahibə şəkilində çıxış etmək istəyirdim, lakin ürəkaçan bir bir şey söyləmək üçün heç bir əsas görmürdüm. Düzü, yaxın bir neçə gündə mən bir şeylər yazaraq ən aktual məsələləri cavablandırmaq istəyirdim. Lakin daxili müqavimətim o dərəcədə güclü olub ki, müsahibə üzərində işləri yekunlaşdırmalı oldum.

Mövcud gerçəkliklər barədə tam təsəvvürə malik olsam da, mənim nəinki indiki siyasi proseslərdə iştirak etməyə, heç şərh etməyə belə həvəsim yoxdur.

2015-ci ildə qəbul edilən konstitusiya dəyişikliklərini böyük səhv adlandırmaqda və bunun Ermənistan üçün neqativ nəticələr doğuracağı ilə bağlı fikirlərimdə qalıram.

Ərazi üzrə səsverməni gətirən yeni seçki məcəlləsinin mənfi halları ortaya çıxaracağına əmin olduğumu bildirirəm. Yeni məcəllə ilə majoritar qaydada seçkilər proporsionalı üstələyəcək.

Partiyalar arası rəqabət şəxslərarası savaşın arxa planına keçəcək.
Bu isə parlament modeli şərtlərində seçkiqabağı rəqabəti heçə endirir. Ərazilər üzrə elan edilən seçki siyahıları bunun ən gözəl sübutudur.

Bu seçki həyasızlıq atmosferində pul kisələrinin müharibəsi olacaq.
Bir çox seçicilər o qədər ağır sosial vəziyyətdədirlər ki, təklif olunan pullardan imtina etməyəcəklər və beləliklə seçki səslərin alınması hərracına dönəcək”, - Köçəryan yazıb.
Sonda keçmiş prezident bədbin proqnoz verir:

“Təəsüf ki, bütün unlaırn nəyə gətirib çıxaracağını təxmin etmək o qədər də çətin deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26