Interposta.Info

Obama "Trump Tower"-ı dinləyibmi? -

Dünya
 6-03-2017, 15:30     460

Obama "Trump Tower"-ı dinləyibmi? -

ABŞ prezidenti Donald Tramp eks-prezident Obama haqqında silsilə tvitlər ataraq bəlkə də indiyə kimi ən qalmaqallı iddiasını etdi. Belə ki, Trampın iddiasına görə, Obama onun seçki kampanyası dövründə "Trump Tower"də gedən bütün telefon danışıqlarını dinləməyə alıb. Tramp isə bunları iddia edərkən heç bir sübuta əsaslanmayıb.

Musavat.com bbc.com saytına istinadən xəbər verir ki, faktiki olaraq Obamanın belə bir hərəkət etməsini qanunlar inkar edir.
Məsələ ilə əlaqədar ilk olaraq Obamanın mətbuat katibi, sonra isə ABŞ kəşfiyyatının keçmiş direktoru Ceyms Klapper telefon dinləməsi ilə əlaqədar hər hansı bir əmr aldığını inkar edir. Lakin məlumdur ki, Tramp Ağ Ev mətbuat katibi Şon Spayserin vasitəsi ilə Konqressə bu məsələni araşdırılması üçün müraciət edib.

Bəs Federal Tədqiqatlar Bürosu nə deyib?

Federal Tədqiqatlar Bürosunun direktoru Ceyms Komi bu iddiaları inkar edib və ədliyyə departamentinə araşdırma aparmaması üçün müraciət edib, çünki belə bir iddianın atılması əslində FTB-nin qanunu pozmasına dəlalət edir.
"The New York Times" və daha sonra "NBC" yə danışan rəsmilər bildiriblər ki, Komi inanır ki, Trampın əlində heç bir sübutu yoxdur.

Ədliyyə Departamenti isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Konqresdə komissiyalar nəyi araşdırırlar?

Hazırda həm senat, həm də nümayəndələr palatası komissiyaları Rusiyanın ABŞ-da keçirilən seçkilərə hər hansı müdaxiləsini araşdırırlar. Onlar ətraflı araşdırma getdiyini və Rusyanın "kiber fəaliyyəti" da daxil olmaqla Tramp kampanyası ilə Kreml arasında əgər hər hansı bir əlaqə varsa, tərəddüdsüz açıqlayacaqlarını bildiriblər.

Hər hansı dəlil varmı?

Tramp və onun komandası əslində iddaya qarşılıq heç bir dəlil göstərməyib ki, telefon danışıqları dinlənilib, ya yox? Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Klapper qəti şəkildə bu iddianı rədd etməkdədir. O, "NBC"yə verdiyi müsahibədə bildirib ki, direktor kimi onun belə bir əmrdən xəbərinin olmaması mümkün deyil.

Obama belə bir əmri verə bilərdimi?

Obama komandası Trampın tvitlərini "sadəcə yalan" adlandırıb və bildirib ki, əgər hər hansı bir əmr olsaydı belə, Ədliyyə Departamenti Ağ Evdən asılı olmadan özü verərdi.

Bazar günü keçmiş mətbuat katibi Yoş Örnest "ABC" telekanalına müsahibə verib. "Bu Ağ Evin hazırki sahibinə qəribə gələ bilər, lakin bilin ki, ABŞ prezidenti təkbaşına Amerika vətəndaşının telefon danışığını dinləyə bilmək səlahiyyətinə malik deyil", - Yoş Örnest deyib.

"Əgər FTB qərar versə ki, telefon dinləmə səlahiyyətindən istifadə etsin, bu zaman həm FTB, həm də Ədliyyə Departamenti federal məhkəməyə müraciət edir və araşdırma aparmaq üçün dəlil göstərir. Fakt bundan ibarətdir", - Örnest əlavə edib.

Obama Xarici Kəşfiyyat Məhkəməsinin qərarı olmadan o zaman tədqiqat apara bilər ki, işə heç bir ABŞ vətəndaşı daxil olmuş olmasın. Belə olduqda isə Trampın dinlənməsi mümkünsüz görünür.

Xarici Kəşfiyyat Məhkəməsi nədir?

CNN bu məhkəməni "ən güclü səlahiyyətlərə malik məhkəmə" adlandırıb. Məhkəmə "xarici gücün agentləri"nə qarşı tədqiqatı başlayır. Tədqiqat aparmaq üçün hər hansı ərizə 11 hakim tərəfindən qəbul edilməlidir.

Bəs telefon iddiası haradan çıxdı?

Noyabrın 7-də, seçkilərdən bir gün öncə, Britaniyanın keçmiş parlament üzvü Luiz Mens bildirmişdi ki, belə bir qərar çıxarılıb. Mens qeyd edib ki, bu gizli server və iki Rusya tankı ilə əlaqədar olub. O da Trampın tvitlərindəki kimi qeyd edib ki, erkən qərar əksinə olub.

Yanvar ayında BBC-nin müxbiri Pol Vud iddiaların ardından deyib ki, Rusya hökuməti materialları Trampa güzəştə gedib. O, həm də qərardan xəbəri olduğunu deyib.

“Nə Tramp, nə də onun tərəfdaşları qərar haqqında heç nə deməyiblər”, -Vud bildirib. "The Guardian" qəzeti də qərardan eyni vaxtda bəhs edib. Onların heç biri telefon dinləmələri haqqında heç nə deməyib.

Sonralar isə dinləmələr haqqında ABŞ-nın Trampa yaxın mühafizəkar radiosunun aparıcısı Mark Levin danışıb və ardınca da "Breitbart"da bəhs edilib, lakin onların iddialarını sübut edəcək heç bir dəlil olmayıb. Ardınca Trampın tvitləri qalmaqal yaratdı. Aydın deyil ki, o, əvvəlki xəbərlərə əsaslanıb ya yox. Çünki əvvəllər Tramp bu haqda tvit atmamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26