Interposta.Info

Sərkisyan erməniləri qanda boğdu:

Dünya
 1-03-2017, 15:25     784

Sərkisyan erməniləri qanda boğdu:

İrəvanda baş verən kütləvi etirazların 9 ili tamam olur.

Axar.az xəbər verir ki, 19 fevral 2008-ci il Ermənistanda keçirilən prezident seçkisindən sonra ölkədə kütləvi etirazlar başladı. Aksiyaların baş verməsinə səbəb seçki nəticələrinin saxtalaşdırılması idi.

Etirazçılar seçkidə müxalifətin namizədi olan Levon Ter-Petrosyanın qələbə qazandığını bildirirdilər. Hökumətin təqdim etdiyi nəticələrdə Serj Sərkisyan 53% səslə birinci yeri, Petrosyan isə ikinci yeri tutdu. Bu da qısa zaman çərçivəsində əhalinin küçələrə axın etməsinə səbəb oldu. İlk gün ərzində İrəvandakı etirazçıların sayı 50 min nəfərə çatdı.

20 fevralda başlayan etirazlar 10 gün davam etdi. Etirazçılarla bacara bilmədiyini görən polis martın 1-də gecə yarısı etirazçılara hücuma keçdi. Hökumət Levon Ter-Petrosyanı ev dustaqlığına məhkum etdi. Mitinqin dağıdılması zamanı erməni polisi odlu silahdan da yararlanmışdı. Nəticədə 8 etirazçı həlak oldu, 230-dan çox şəxs xəsarət aldı. Tezliklə, o zamankı prezident Robert Köçəryan ölkədə 20 günlük fövqəladə vəziyyət elan etdi. Müxalifət lideri Levon Ter-Petrosyan isə Fransa səfirliyindən tərəfdarlarına müraciət edərək, aksiyaları dayandırmağa çağırdı.

Sərkisyanın hakimiyyəti dövründə Ermənistan iqtisadiyyatında tənəzzül artdı, ölkənin borcu 6 milyard dollara çataraq rekord qırdı. Üstəlik, Ermənistan suverenliyini demək olar ki, itirdi. İrəvan bu müddət ərzində Avrasiya İttifaqına daxil oldu, rus hərbi bazalarının Ermənistanda qalma müddəti 2044-cü ilə qədər uzadıldı, Rusiya ilə birgə vahid ordu birləşmələri yaradıldı, ölkənin hava hücumundan müdafiə sistemi Moskvaya verildi, Ermənistanın bütün strateji sənaye obyektləri rus biznesmenlərinə satıldı, ölkə aviadaşıyıcılardan məhrum oldu.

Sərkisyan həmçinin hakimiyyətini uzatmaqdan ötrü ölkəni parlamentli idarəetmə sisteminə keçirməkdə qərarlı görünür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26