Interposta.Info

Ərdoğanın ABŞ və Rusiyanı Rakkanı azad etmək çağırışına

Dünya
 28-02-2017, 22:06     497

Ərdoğanın ABŞ və Rusiyanı Rakkanı azad etmək çağırışına

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Rusiyaya çağırış edib. Ərdoğan Suriya münaqişəsində ayrı-ayrı iştirak edən ABŞ və Rusiyanı müştərək antiterror əməliyyatı keçirməyə səsləyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə ordusu İŞİD terrorçuları tərəfindən işğal edilmiş Rakka şəhərinin azad edilməsində iştirak edə bilər.


Siyasi ekspertlər hesab edirlər ki, əgər terrorçularla mübarizə aparmaq istəyən qüvvələr varsa, bu çağırış yerinə düşüb.

interposta.info xəbər verir ki, politoloq Arzu Nağıyev Ölkə.Az-a açıqlamasında bildirib ki, Rakka şəhərinin məhv edilməsi Türkiyənin sərhəddinə olan ərazilərə çıxışı açır. Onun sözlərinə görə, İŞİD-lə mübarizə aparılırsa, mütləq Rakka şəhəri sıradan çıxarılmalıdır.

“Rakka şəhəri bu gün İŞİD terrorçularının paytaxtıdır. Suriyanın mərkəzində yerləşən şəhərdir. Buradan hər istiqamətə yollar keçir. Terrorçular da, həmin şəhəri çox güclü formada müdafiə edir. Məlum məsələdir ki, Rakka şəhərinin məhv edilməsi Türkiyənin sərhəddinə olan ərazilərə çıxışı açır. Əgər orada İŞİD-lə mübarizə aparılacaqsa, mütləq Rakka şəhəri sıradan çıxarılmalıdır. Terrorçular oradan təmizlənməlidir”, - deyə politoloq bildirib.

A.Nağıyevin sözlərinə görə, Rakka şəhərinin terrorçulardan təmizlənməsi təkcə Türkiyənin işi deyil:

“Bu tək Türkiyənin işi deyil. Bu ərazidə döyüşmək tək Türkiyənin gücündə deyil. Buna görə də, Türkiyə ABŞ və Rusiyaya Rakka şəhərinə hücum etmək üçün müraciət edir. Türkiyə Rakkada İŞİD terorçularla tək bacarmaz. ABŞ da dəfələrlə təkbaşına orada əməliyyatlar aparmaq istəyib, lakin buna risq etməyib. Çünki orada əmliyyat aparılanda digər ərazilər nəzarətsiz qalır. Həm də, İraqın Mosul şəhərindən İŞİD terrorçularını dəstəkləyən qüvvələr var”.

A.Nağıyevin fikrincə, əgər Türkiyənin müraciəti Rusiyanın və ABŞ-ın xeyrinə deyilsə, o zaman onlar çağırışa müsbət cavab verməyəcəklər:

“İnandırıcı deyil ki, bu məsələyə Rusiya və ABŞ müsbət cavab verəcək. Çünki bu məsələdə hərənin öz maraqları var. Hər bir dövlət də, öz marağı naminə hərəkət edə bilər. Rakka şəhərinə hücum İŞİD terrorçuları ilə mübarizə aparmaq deməkdir. Hansı dövlət terrorçularla necə mübarizə aparacaqsa, əvvəlcə həmin məsələ ortaya qoyulmalıdır. Ondan sonra onların məqsədi açıqlanmalıdır”.

A.Nağıyev hesab edir ki, İŞİD ortaya atılan bir bəhanədir və hər bir dövlət bu bəhanədən öz məqsədi üçün istifadə edir:


“Həmişə nağıllarda mənfi və müsbət qəhrəman kimi obraz yaradırlar. İŞİD bu gün hər yerdə mənfi qəhrəman kimidir. Kim ona qalib gəlsə, müsbət qəhrəman olur. Kim uduzsa, onu mənfi qəhrəman kimi biruzə verirlər. Bir sözlər İŞİD ortaya atılan bir vasitədir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26