Interposta.Info

ABŞ və Rusiya arasında yeni

Dünya
 28-02-2017, 11:46     465

ABŞ və Rusiya arasında yeni

Vaşinqtonun hərbi xərcləri artırmağa gücü və qabiliyyəti var, bəs Moskvanın...?
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp federal idarələrə müdafiə xərclərini kəskin şəkildə artırılmasını nəzərdə tutan büdcənin hazırlanmasını tapşırıb.

Donald Tramp daxili agentliklərin xərclərini isə azaltmaq göstərişi verib. Bununla o, sosial müdafiə və pulsuz tibbi yardım proqramlarına toxunmayacağı barədə verdiyi vədə əməl etdiyini nümayiş etdirməyə çalışıb.

“The New York Times” qəzetinin yazdığına görə, Tramp yeni büdcədə Ətraf mühitin mühafizəsi üzrə agentliyin və Dövlət Departamentinin məsrəflərini 10 milyardlarla dollar həcmində azaltmağı düşünür.

Bundan başqa, sosial təminat proqramlarında da ciddi ixtisarların baş verəcəyi gözlənilir.
Buna rəğmən “The New York Times” büdcə sxeminin həm Nümayəndələr Palatası, həm də Senatda respublikaçılar tərəfindən ciddi dəyişikliyə məruz qoyulacağını, habelə demokratların güclü etirazları ilə qarşılanacağını proqnozlaşdırır.

Məqalə müəlliflərinin qeydinə görə, Trampın istəyini yerinə yetirmək üçün qanunverici orqanın üzvləri 2011-ci ildə qəbul olunan “Büdcə nəzarəti haqqında” qanunda nəzərdə tutulan məxaric limitini artırmalı və ya ləğv etməlidir.

Hər halda iqtisadçı ekspertlər ABŞ iqtisadiyyatının böyümə tempinə görə Donald Trampın bütün tənqidlərə rəğmən, planını uğurla həyata keçirə biləcəyini söyləyirlər.

Lakin eyni sözləri hərbi büdcəsini iqtisadiyyatına uyğun formlaşdırmayan, daha doğrusu, “ayağını yorğanına görə uzatmayan” Rusiya haqqında söyləmək çətindir.

“Son 38 ildə dünyada nüvə ritorikasının hökm sürdüyü və nüvə silahından istifadə etmək hədəsinin bu qədər asanlıqla səsləndirildiyi bir dövr olmayıb”, -Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinin yazarı Yulian Hans yazır.

“Yaxın zamanlarda Rusiya rəhbərliyi bu cini butulkadan çıxarıb və indi o, arzuları yerinə yetirmək əvəzinə Rusiya hakimiyyətini çətinliklər qarşısında qoyub”, - məqalədə qeyd olunur.

Qəzet Rusiyanın dövlət kanallarından birində nümayiş etdirilən bir filmi xatırladır.

“Həmin filmdə Putin Krımın Rusiyaya “birlədirilməsi”nin rejissoru kimi təqdim olunurdu. Filmdə Rusiya liderinin həmin vaxt ölkənin nüvə arsenalını tam döyüş hazırlığı vəziyyətinə gətirməyi düşündüyü deyilir. Başqa bir aparıcı (Dmitri Kiselyov nəzərdə tutulur-red.) isə Rusiyanın ABŞ-ı nüvə küllərinə döndərmək gücündə olduğundan söhbət açır. Bundan sonra Rusiya “İsgəndər” komplekslərini Kalininqrada göndərdi”, - məqalədə qeyd olunur.

“Bütün bunlara rəğmən Putin Rusiyası siyasi mənada beynəlxalq arenada çəki qazanmaq üçün iqtisadi cəhətdən olduqca zəifdir. Buna görə Rusiya rəhbərliyi bu çəkini dezinformasiyalar, kiberhücumlar, xüsusi xidmət orqanlarının fəaliyyəti ilə ucuz partizan taktikası sayəsində qazanmaq istəyir”, - Yulina Hans yazır.

“İndi isə Moskvanın nazlayıb oxşadığı Donald Tramp nüvə potensialını artıracağını elan edir. Moskva pariteti qorumaq üçün öz arsenalını genişləndirmək məcburiyyətindədir. Yeni silah yarışına isə Rusiyanın qəpiyi belə yoxdur”, - məqalədə qeyd olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26