Interposta.Info

Muəmmar Qəddafinin oğlunun müəmmalı taleyi —

Dünya
 22-02-2017, 20:50     665

Muəmmar Qəddafinin oğlunun müəmmalı taleyi —

Liviyaya 1969-cu ildən rəhbərlik edən və 2011-ci ildə devrilərək linç edilən Muəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi Birləşmiş Millətlər Təşkilatı tərəfindən tələb olunub.

BMT-nin tələbinə görə, Seyfülislam Qəddafi beynəlxalq məhkəmədə mühakimə olunmalıdır. BMT-nin tələbinə görə, oğul Qəddafilə birlikdə beynəlxalq məhkəmədə Liviyanın Qəddafi rejimində çalışan 36 şəxs də mühakimə edilməlidir.

BMT 2011-ci ildə Liviyadan Nigeriyaya qaçarkən saxlanılan və 5 il müddətinə həbs edilən və ötən il azadlığa buraxıldığı deyilən Seyfülislam Qəddafinin Beynəlxalq Cəza Məhkəməsinə təslim edilməsini istəyir.

Qeyd edək ki, 2011-ci ildə Seyfülislam Qəddafi Nigerə qaçmağa cəhd edib. Lakin bu cəhd uğursuz olub və onu tutublar. Ölkənin şimal-qərbindəki Zinta şəhərindəki həbsxanada saxlanılan Seyfülislam Qəddafi barədə 2015-ci ilin iyul ayında edam hökmü çıxarılıb. Lakin sonradan polislər oğul Qəddafini Trablus orqanlarına verməyi rədd ediblər. Edam cazəsı bu səbəbdən də yerinə yetirilməyib. Qərardan bir il sonra isə polis rəisi Liviya hökumətinin çıxardığı yeni qərarı əsas gətirərək 44 yaşlı Seyfülislam Qəddafini azad edib. Lakin həmin gündən sonra S.Qəddafi ortalıqla görünməyib.

Sonradan isə Beynəlxalq Haaqa Məhkəməsinin prokuroru Fatou Bensouda Seyfülislam Qəddafinin azad olunması xəbərini təqzib edərək, bildirmişdi ki, o, hələ də Zintandakı təcridxanada saxlanılır.

Birləşmiş Millətlər Təşkilatının Liviya dəstək missiyası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanan 60 səhifəlik hesabatda Seyfülislam Qəddafinin cinayət işi ilə bağlı bəzi şübhəli məqamların olduğunu bildirib. Hesabatda deyilir ki, cinayət işi düzgün aparılmayıb. Araşdırmalar düzgün getməyib və şübhəlilərin hadisə şahidlərilə üzləşdirilməsi baxımından problemlər yaşanıb. Hesabatda deyilir ki, Qəddafinin oğlu və o dövrki rejimin bəzi məmurları, eləcə də, 37 vəzifəli şəxs barəsində cinayət işinə ədalətli yanaşılmayıb. Məhkumlarla vəkillərinin görüşdürülməsində əngəllər yaradılıb.

Bu səbəbdən də, Seyfülislam Qəddafinin cinayət işilə bağlı yenidən məhkəmə keçirilməlidir. Birləşmiş Millətlər Təşkilatının tələbinə görə, Seyfülislam Qəddafi Beynəlxalq Haaqa Məhkəməsi və Beynəlxalq Cəza Məhkəməsinə təhvil verilməlidir.

Xatırladaq ki, 2011-ci ilin fevral ayının ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən M.Qəddafinin istefası tələbilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Həmin ilin martın 17-də BMT TŞ Liviya üzərində uçuşsuz zona tətbiq edib. Uçuşsuz zonanın təmin olunması, silah satışına qadağanın tətbiqi və mülki vətəndaşların müdafiəsi üçün Qərb ölkələrinin koalisiyası martın 19-da Liviyada hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlara rəhbərlik bir neçə gündən sonra tam şəkildə NATO-ya keçib.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib. 42 il Liviyaya rəhbərlik edən Müəmmər Qəddafinin özü isə MKŞ tərəfdarları onu tutduqdan sonra Sirt şəhərində ölüb.

Onun oğlanları Seyf əl-Ərəb, Hamis və Mutasim Qəddafilər 2011-ci iləd Liviyada gedən döyüşlərdə öldürülüblər. Onun bir oğlu Hannibal və qızı Aişə Qəddafi isə Umman adalarına qaçıblar. Onlarla birgə Qəddafinin arvadı Səfiyə də Ummana gedib. Bir müddət sonra, 2015-ci ildə Hannibal Qəddafi ilə Səfiyə Qəddafi Livana gediblər. Hannibal Livanda həbs edilib və bir müddət saxlanılıb./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26