Interposta.Info

Ərdoğanı aparan avtobus mühafizəçini vurdu —

Dünya
 19-02-2017, 07:23     502

Ərdoğanı aparan avtobus mühafizəçini vurdu —

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığ vilayətində olarkən qəza baş verib.

“Ölkə.Az” xəbər verir ki, prezidentin olduğu avtobus Elazığ vilayətində bələdiyyədən ayrılan vaxt təhlükəsizliyə nəzarət edən məmurlardan birini vurub. Nəticədə mühafizəçi ağır yaralanıb.

Hadisədən sonra Ərdoğan avtobusdan düşüb və mühafizəçiyə yardım etməyə çalışıb. Ərdoğan uzun müddət onun yanında dayanıb. Hadisə yerinə təcili yardım çağırılıb və təhlükəsizlik əməkdaşı xəstəxanaya aparılıb.

Ərdoğan mühafizəçiyə köməklik göstərilməsi üçün həkimlərə və yerli bələdiyyətə xüsusi tapşırıqlar verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26