Interposta.Info

TAP-ın ofisinə "Molotov kokteyli" atdılar, partlayış oldu -

Dünya
 14-02-2017, 14:27     533

TAP-ın ofisinə "Molotov kokteyli" atdılar, partlayış oldu -

Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilməkdə olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinin ofisinə hücum olub.

virtualaz.org İtaliya mənbələrinə istinadən xəbər verir ki, ötən gecə TAP-ın Melandunyo şəhərində yerləşən ofisinə iki Molotov kokteyli atılıb.

Onlardan biri partlayıb və ofisin fasadına ziyan vurub, digəri isə partlamayıb.
TAP-ın ofisinə "Molotov kokteyli" atdılar, partlayış oldu -


Şirkət baş vermiş hadisəni “vandalizm” adlandırıb və Melandunyo polisinə məlumat verib. Habelə hücumla bağlı TAP şirkəti adından rəsmi şikayət edilib. Şirkətin İtaliya üzrə meneceri Mişel Eliya bildirib ki, bu hücum işçiləri şoka salıb. “Biz burada, Salento bölgəsində hər gün İtaliya üçün strateji əhəmiyyət daşıyan boru kəmərinin tikintisi ilə məşğul olduğumuz bir vaxtda bu cür hücumla üzləşirik”-menecer deyib.
TAP-ın ofisinə "Molotov kokteyli" atdılar, partlayış oldu -


Xatırladaq ki, İtaliyada ətraf mühit müdafiəçiləri və Rusiyaya bağlı “5 Ulduz” siyasi hərəkatı TAP kəmərinə qarşı neçə vaxtdır iş aparır. Ətraf mühit müdafiəçiləri kəmərin İtaliyanın cənubundakı Salento bölgəsinin zeytun bağlarına ziyan vurduğunu iddia edir. Parlamentdə 25 faiz yerlə təmsil olunan “5 Ulduz” hərəkatı dəfələrlə TAP-a qarşı nümayişlər təşkil edib, bölgə hökuməti kəmərin tikintisinin qarşısını almağa çalışıb.
TAP-ın ofisinə "Molotov kokteyli" atdılar, partlayış oldu -


Bu, TAP-a qarşı birinci təxribat deyil. 2015-ci ilin martında Melendunyo şəhəri yaxınlığında TAP konsorsiumunun podratçı şirkətlərindən birinə məxsus iki texnika sıradan çıxarılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26