Interposta.Info

Almaniyada aeroport yaxınlığında

Dünya
 14-02-2017, 08:56     562

Almaniyada aeroport yaxınlığında
Almaniyanın Kelsterbax şəhərində aşkar olunmuş II Dünya müharibəsi illərinə aid 250 kiloqramlıq bomba istehkamçılar tərəfindən zərərsizləşdirilib. Şəhər Frankfurt beynəlxalq hava limanının ərazisi ilə sərhəddə yerləşir.

"Report" "dph"ya istinadən xəbər verir ki, əməliyyat zamanı mərmi ətrafında 400 metr radiusunda "təhlükəsiz zona" yaradılıb.
Əməliyyat təqribən 1 saat çəkib və uğurla başa çatdırılıb. Bildirilir ki, bomba müharibə illərində Britaniya Hərbi Hava Qüvvələri tərəfindən atılıb. Ümumilikdə Almaniyaya 2 milyondan çox mərmi atılıb. Onların təqribən 20 faizi partlamayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26