Interposta.Info

“ABŞ qalib gəlmək istəyirsə, bizimlə əməkdaşlıq etməlidir” –

Dünya
 12-02-2017, 07:36     562

“ABŞ qalib gəlmək istəyirsə, bizimlə əməkdaşlıq etməlidir” –

“ABŞ Suriyada terrora yalnız bu ölkənin hakimiyyət dairələri ilə əməkdaşlıq etməklə qalib gələ bilər”

Bunu «Yahoo News»a müsahibəsində Bəşər Əsəd deyib.

“Əgər terrora qarşı həqiqətən mübarizə aparmaq istəyirsinizsə, bunu Suriya hökuməti vasitəsilə etməlisiniz. ABŞ bir ölkənin hökuməti və xalqı ilə əməkdaşlıq etmədən orada terrorizmə qalib gələ bilməz», deyə Əsəd bildirib.

Əsəd onu da qeyd edib ki, Vaşinqtonun Suriya ilə bağlı niyyətinin səmimi olduğunu görsə, ABŞ Hərbi Hava Qüvvələrini ölkəyə dəvət edə bilər:

“Biz rusları dəvət etdik və onlar bu problemə münasibətdə səmimi oldular. Əgər amerikalılar səmimidirlərsə, əlbəttə ki, onları da dəvət edərik».

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26