Interposta.Info

Ərdoğanın

Dünya
 9-02-2017, 14:36     671

Ərdoğanın
Ötən ay təşkil edilən görkəmli toyla evlənən aktyor Murat İldırım yeni ev tutmadığı üçün həyat yoldaşıyla birlikdə dostunun evində yaşayır.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda jurnalist İpək Durkal köşə yazısında məlumat verib: “Murat Yıldırım ilə mərakeşli həyat yoldaşının toyları hələ yaddaşımdadır. Toyları deyirəm, çünki cütlük həm İstanbulda, həm Mərakeşdə iki ayrı toy etdi. Bizə kənardan çox görkəmli görünənə İstanbuldakı toya isə cütlük pul xərcləməyib. Toyun edildiyi otel sponsorluq edib. Nə isə mövzu o deyil. Mövzu cütlüyün hələ yaşayacaq bir evlərinin olmamasıdır. Yeni evlilər hələ bir ev tutmadığı üçün dostlarının yanında qalır. Bu qədər əzəmətli toydan sonra olanlar mənə qəribə gəldi”.

Qeyd edək ki, prezident Rəcəp Tayyib Ərdoğan Murad Yıldırım üçün hava limanında "facetime" ilə qız istəmişdi. Prezident aktyor və mərakeşli nişanlısı İmana El Baniyə Quran da bağışlamışdı.

Aktyor hədiyyənin fotosunu sosial şəbəkədən paylaşıb və təşəkkür etmişdi: "Prezidentim, mənə mənəvi atalıq etdiniz. Sonra da ən gözəl hədiyyə olan bu "Qurani Kərim"i həyat yoldaşım üçün göndərdiniz. Sizə təşəkkür edirəm".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26