Interposta.Info

Türkiyədə xəstəxanada

Dünya
 1-02-2017, 16:17     586

Türkiyədə xəstəxanada
Türkiyədə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Psixiatriya klinikasında müalicə alan xəstə yerli saatla 13.20 radələrində silahını başına dayayaraq, intihara cəhd edib.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, polis olduğu bildirilən şəxs özünü bir otağa kilidləyib və ətrafdakıları öldürməklə hədələyib.

Hadisə ilə bağlı xəstələr və tibb işçiləri təxliyə olunublar. Silahlı şəxsin həkimləri girov götürdüyü bildirilib. Klinikanın baş həkiminin veridiyi açıqlamada girovların buraxıldığı vurğulanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26