Interposta.Info

Bəşər Əsədin iflic olması ilə bağlı -

Dünya
 28-01-2017, 08:48     608

Bəşər Əsədin iflic olması ilə bağlı -
Prezident Bəşər Əsədin səhhətində problemin yaranması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyası məlumat yayıb.

Əsədin Şami xəstəxanasında müalicə olunduğu barədə gəzən söz-söhbətlərin yalan olduğu bildirilib:

“Bir neçə gün öncə Bəşər Əsədin səhhətində problemlərin yarandığı barədə xəbərlər yayılıb və hələ də davam edir. Həmin mənbələr bəllidir. Bunlar sadəcə həmin məlumatı yayanların xəyal məhsuludur”.

Qeyd edək ki, bir neçə gün öncə bəzi Qərb media orqanlarının yaydığı məlumatda Əsədin iflic olduğu iddia edilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26