Interposta.Info

Azərbaycan strateji yüksəkliyi azad etdi -

Dünya
 26-01-2017, 13:20     2 204

Azərbaycan strateji yüksəkliyi azad etdi -
ABŞ-da çıxan “Vaşinqton Tayms” qəzetində avstraliyalı siyasi şərhçi, Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşan Castin Emlerin Cənubi Qafqazın geosiyasi reallıqları və Donald Tramp administrasiyası tərəfindən regiondakı vəziyyətə yeni baxışın vacibliyi barədə məqaləsi dərc edilib.

Azərtac xəbər verir ki, müəllif Azərbaycanın Dağlıq Qarabağ regionuna görə Ermənistanla Azərbaycan arasında dondurulmuş münaqişə ətrafındakı vəziyyətin ABŞ-ın xarici siyasəti üçün mühüm elementlərdən biri olduğunu yazıb.

Ekspert Ermənistanın Azərbaycana təcavüzündən yazarkən qeyd edir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə aparıb və bu ərazidəki Azərbaycan əhalisini qırıb. ATƏT-in Minsk Qrupunun köməyi ilə bir neçə dəfə razılaşma əldə etmək cəhdi olub, amma uğursuzluqla nəticələnib. Bu yaxınlarda erməni əsgərləri Ermənistan-Azərbaycan sərhədini keçərək, Azərbaycanın mövqelərinə hücum ediblər. C.Emler yazır ki, Ermənistan mediası hücumun Azərbaycanın xüsusi təyinatlı dəstəsi tərəfindən olduğunu əsaslandırmağa çalışaraq, vəziyyəti təhrif edib və öldürülmüş, lakin yanında heç bir xüsusi təchizatı olmayan Azərbaycan əsgərinin fotosunu dərc edib.

Bu hadisə Ermənistanın 2016-cı ilin aprelində təcavüzünün davamı olub. Onda Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə müqavimət göstərib, nəticədə ərazisinin xeyli hissəsini, o cümlədən strateji yüksəklikləri azad edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26