Pul yoxdur, gözləyin –

İrəvan Rusiya vətəndaşlarına Ermənistanı daxili pasportlarla ziyarət etməyə izn verib. Lakin bunun qarşılığında Ermənistan baş nazirinin İnvestisiya Fondu yaratmaq haqqında təklifinə Medvedyev sadəcə bu fondun tədqiq edilməsinə razı olub. Medvedyev həmçinin Karapetyana pulla bağlı heç bir söz deməyib.
Axar.az xəbər verir ki, bu sözləri erməni jurnalist Naira Ayrumyanın “Lragir.am” saytında dərc olunan məqaləsində yer alıb.
“Rusiyadan seçkidən öncəki dövrdə investisiyalar gözləmək çətin idi. Üstəlik, Rusiyanın Ermənistanın siyasi mühiti ilə bağlı heç bir problemi yoxdur və bunun üçün də hakimiyyət və ya müxalifəti investisiyalarla dəstəkləməyə ehtiyac görmür. Ona görə də Karen Karapetyanın gözləntilərinin heç bir siyasi əsası yox idi. Medvedyev Ermənistana dedi ki, pul yoxdur, amma siz səbir edin. Lakin Rusiyaya hazırda Ermənistanın suverenliyinin daha bir hissəsini (pasport məkanının birləşdirilməsi) absorbsiya etmək üçün sərfəli zaman yaranıb. Hava hücumundan müdafiəni birləşdirdik, birləşmiş qoşun qrupları yaratdıq, indi isə növbə sakitcə Ermənistanın pasport nəzarət sistemini Rusiyaya qoşmaqdır. Növbəti addım yəqin ki, Ermənistan və Rusiya vətəndaşlığının birləşdirilməsi olacaq. Necə bəyəm? Əsrlərin dostluğu icazə verir. Lənətə gəlsin 25 illik müstəqilliyi. Faktiki olaraq erməni baş nazirin səfəri 1:0 Rusiyanın xeyrinə başa çatdı. Moskva Ermənistanı xaric hesab etməyi dayandırdı, amma qarşılığında yenə də pul vermədi”, – deyə o məqaləsində söyləyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26