Interposta.Info

Rusiya

Dünya
 25-01-2017, 06:41     567

Rusiya
Türkiyədən gətirilən pomidorların Rusiyaya girişinə icazə verilməsi üçün ölkəmizdən oraya ət ixracı məsələsini müzakirə etməliyik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.

Nazir bildirib ki, Krasnodar əyalətinin rəhbəri olduğu dönəmdən bəri Türkiyədən idxal edilən kənd təsərrüfatı malları yerli istehsalata maneə yaradıb:

“Türkiyənin meyvə-tərəvəz növlərinin Rusiyaya idxalı ilə bağlı qadağanın ya qismən, ya da tamamilə aradan qaldırılması məsələsi qarşı tərəfin mallarımıza (ət və ət məhsulları) tətbiq etdiyi məhdudiyətlə birgə müzakirə edilməlidir”.

Bundan əlavə, Tkaçev Rusiyanın daim milli təhlükəsizlik məsələsini də diqqətdə saxlayacağını bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26