Interposta.Info

Rusiyadan gözlənilməz qərar -

Dünya
 19-01-2017, 20:47     1 923

Rusiyadan gözlənilməz qərar -

Rusiya xarici işlər naziri Sergey Lavrov dörd gün sonra Astanada reallaşacaq tarixi Suriya zirvəsi üçün Vaşinqtona dəvət göndərildiyini açıqlayıb.

Dünyanın gözü 23 yanvarda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Rusiya, İran və Türkiyə arasında Suriyaya dair danışıqlara yönəlib.

Sergey Lavrov Vaşinqtona da danışıqlarda iştirak etmək üçün bu gün dəvət göndərdiyini açıqlayıb.

Tehran rəhbərliyi Moskvadan fərqli olaraq ABŞ-ın "masada" olmamasını istəyir.

Qeyd edək ki, Suriyalı müxaliflər və Şam rejimi hələ əvvəldən zirvəyə qatılacaqlarını elan etmişdi.(milli.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26