Interposta.Info

“Reina” qatili klubdan çıxanda polisi belə aldadıb -

Dünya
 19-01-2017, 15:08     978

“Reina” qatili klubdan çıxanda polisi belə aldadıb -

“Reina” gecə klubunda baş verən qətliamın yeni görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, “Əbu Məhəmməd Əl Xorasani” kod adlı terrorçunun bu görüntülərini ilk dəfə Kanal D-nin Xəbərlər proqramı yayımlayıb.

Görüntülərdə “Reina” qatili Əbdülqədir Maşaripovun terrordan sonra fləşbənq - şok bombası atmağa hazırlaşdığı vaxt bir nəfər tərəfindən təpiklə vurulduğu görünür. Şok bombası özünü itirən terrorçunun əlində partlayır və o, qısa müddətlik huşunu itirir.

Daha sonra özünə gələn qatil gecə klubundan çıxarkən ərazidəki polislər tərəfindən saxlanılır. O isə yaralı əlini göstərərək, qətliamın qurbanlarından biri olduğunu deyir və aradan çıxa bilir. Terrorçu daha sonra bir neçə məkanda təhlükəsizlik kameralarına düşür və sonda yoxa çıxır.

Qeyd edək ki, Yeni il gecəsi 39 nəfərin həlak olduğu “Reina” qətliamını törədən “Əbu Məhəmməd Əl Xorasani” kod adlı terrorçu – Əbdülqədir Maşaripov yanvarın 16-da İstanbulda yaxalanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26