Interposta.Info

Onlar Putinin ölkələrini işğal etməsini istəyir -

Dünya
 16-01-2017, 13:07     860

Onlar Putinin ölkələrini işğal etməsini istəyir -

Rusiya prezidenti Vladimir Putinin Meksikadakı problemləri həll etməsi ilə bağlı change.org saytında başladılan imza kampaniyasına qısa müddətdə minlərlə insan qoşulub.

Publika.az xəbər verir ki, Freppo Sovietico adlı istifadəçinin hazırladığı “Pis hökuməti ortadan qaldırmaq üçün Rusiyanın Meksikaya müdaxiləsi” başlıqlı mətndə deyilir ki, Meksikadakı siyasi vəziyyət ölkə tarixinin ən pis səviyyəsindədir.

Sovieticonun mətnində qeyd olunur ki, ABŞ və BMT Meksikadakı vəziyyəti düzəltmək üçün heç nə etmir.

“ABŞ böyük məmnuniyyətlə Meksikadan qaynaqlanır. Hər şeyi oğurlayan və satan meksikalı siyasətçiləri dayandıracaq şəxsə ehtiyac var. Bu gün Meksika bu talana görə qan itirir. Vladimir Putin, Latın Amerikası sizə ehtiyac duyur”, - deyə kampaniyanın mətnində bildirilir.

Qeyd edək ki, change.org saytında hansısa məsələ ilə bağlı başladılan imza toplama kampaniyası böyük dəstək qazanarsa, BMT həmin məsələyə münasibət bildirməlidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26