Interposta.Info

Trampa qarşı sui-qəsdin qarşısı

Dünya
 16-01-2017, 04:43     593

Trampa qarşı sui-qəsdin qarşısı
ABŞ-ın “Rusiya agenti” elan edilmiş yeni prezidentinin andiçmə mərasimi keçiriləcək yerin yanında silah-sursat tapıldı.

Moderator.az xəbər verir ki, dünən axşam Vaşinqtonda yanvarın 20-də D.Trampın andiçmə mərasimi keçiriləcək məkandan çox da uzaq olmayan ərazidə cəbbəxana aşkar edilib.

Skripka futlyarı içərisində yerləşdirilmiş bir neçə ədəd odlu silah və onlara aid sursatlar polis tərəfindən Vaşinqtonun şimal-qərbində, Çesapik-Oqayo su kanalının kənarında, Fletçer qayıq buxtasının yaxınlığında tapılıb. “Görünür, kiminsə prezidentin andiçmə mərasimi ilə bağlı ağlasığmaz planları var...” - xəbərdə bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26