Interposta.Info

Türkiyə bu qitədən silinəcək -

Dünya
 15-01-2017, 00:06     831

Türkiyə bu qitədən silinəcək -
250 milyon il sonra yer qabığında baş verən tektonik sürüşmələr nəticəsində Asiya ilə Afrika, Şimali və Cənubi Amerika qitələri birləşəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Yel Universiteti ilə Yaponiyanın Dəniz və Geoqrafiya İnstitutunun əməkdaşlarının birgə hazırladığı hesabatda əks olunub.

Araşdırmaya görə, Berinq boğazı tamamilə yox olacaq və iki qitə şimaldan birləşəcək.

Bundan əlavə, alimlər Aralıq dənizin xeyli kiçiləcəyini və Türkiyənin “Amasiya” adlı yeni qitənin tərkibində olacağını da qeyd ediblər.

Qeyd edək ki, daha əvvəlki araşdırmalarda Yer üzündəki bütün binaların 1000 il sonra yox olacağı və karbon qazının 29 faiz daha çox yayılacağı bildirilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26