Interposta.Info

Əriylə şəkillərini cırıb, əkiz qızlarını boğdu -

Dünya
 11-01-2017, 08:25     858

Əriylə şəkillərini cırıb, əkiz qızlarını boğdu -
Türkiyədə əkiz övladları olan Zahidə Qəhrəman adlı bir qadın dəhşətli cinayət törədib, daha sonra isə intihar edib.

BakiPost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ana əkiz qızları Şengül Eslem və Erçinin olduğu otaqdakı təbii qaz sobasını açaraq onları zəhərləyib, daha sonra isə əri Murtafa Qəhrəmanın mobil telefonuna "haqqını halal et” mesajı yazaraq özünü asıb.

Xəstəxanada təmizlik işlərinə baxan M. Qəhrəman mesaj gəldikdən sonra taksiylə təcili olaraq evə yollanıb və qızlarının və həyat yoldaşının cəsədi ilə rastlaşıb.

Araşdırma zamanı məlum olub ki, əkizlər dünən günorta saatlarına kimi evlərinin bağçasında qarla oynayıb, qar adamı düzəldib və evə gəliblər.
Əriylə şəkillərini cırıb, əkiz qızlarını boğdu -


Əkizlərin isə TV-də cizgi filmi izləyərkən öldükləri aşkarlanıb.

İntihar etməzdən əvvəl Zahidə Qəhrəman əri ilə bütün şəkillərini cırıb və nikah şəhadətnaməsini parçalayıb.

Polis intihar edən qadının telefonunda başqa bir kişi ilə yazışdıqlarını əks etdirən mesajlar tapıb. İddialara görə, Z. Qəhrəman bir neçə gün əvvəl S. Ç adlı oğlan dostu ilə yazışıb. Bunu görən Mustafa Qəhrəman ona əsəbiləşərək S.Ç-ni döyüb. Aralarında yaranan problem səbəbiylə əkizlərin anasının evi tərk etdiyi, 5 gün sonra isə əri ilə barışaraq geri qayıtdığı bildirilir.

interposta.info

Əriylə şəkillərini cırıb, əkiz qızlarını boğdu -
Əriylə şəkillərini cırıb, əkiz qızlarını boğdu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26