Interposta.Info

ABŞ aeroportunda silahlı terror -

Dünya
 7-01-2017, 21:30     699

ABŞ aeroportunda silahlı terror -

ABŞ-ın Florida ştatında silahlı terror hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

Məlumata görə, silahlı hücum ştatın "Fort Lauderdale-Hollywood" beynəlxalq hava limanında yaşanıb.

Rəsmi məlumatlarda öncə bildirilirdi ki, hücum zamanı 5 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb. Hücum edən şəxs polislər tərəfindən tutulub. Polis düşünür ki, hücum edən şəxs təkbaşına hərəkət edib.

Sərnişinlər dərhal təxliyə ediliblər.

Xəbər verilir ki, "Fort Lauderdale-Hollywood" beynəlxalq hava limanı gün ərzində 73 min sərnişinə xidmət edir.


***

Florida ştatının senatoru Bill Nelson "Fort Lauderdale-Hollywood" beynəlxalq hava limanına hücum edən şəxsin kimliyini açıqlayıb.

Senator silahlının Estaban Santiago adlı şəxs olduğunu bildirib. B.Nelson onu da qeyd edib ki, hücum edən şəxsin hərbi vəsiqəsi olub.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

***

“Reuters”in məlumatına görə, "Fort Lauderdale-Hollywood" beynəlxalq hava limanına hücum edən şəxs Kanadaya uçan sərnişin olub. Yoxlama zamanı onun çantasında silah olduğu bildirilir.

Məlumata görə, o, yoxlanışdan sonra silahı doldurmaq üçün tualetə gedib. Daha sonra terminala qayıdaraq, insanlara atəş açıb.

interposta.info





ABŞ aeroportunda silahlı terror -
ABŞ aeroportunda silahlı terror -
ABŞ aeroportunda silahlı terror -
ABŞ aeroportunda silahlı terror -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26