Interposta.Info

“Əl-Qaidə” liderinin audiomüraciətİ yayıldı:

Dünya
 6-01-2017, 12:43     568

“Əl-Qaidə” liderinin audiomüraciətİ yayıldı:
Bu gün "əl-Qaidə" lideri Ayman əl-Zavahirinin audiomüraciəti yayılıb

Strateq.az "Al-Arabia"ya istinadla xəbər verir ki, audiomüraciətdə əl-Zavahiri İŞİD-i "əl-Qaidə" əleyhinə haqsız təbliğatda ittiham edir.

"Əl-Qaidə" lideri bildirir ki, "İslam Dövlətinin xəlifəsi" Əbubəkr əl-Bağdadi "əl-Qaidə"yə böhtan atır.

65 yaşlı əl-Zavahiri deyib: "Mən heç vaxt deməmişəm ki, şiələrə qarşı hücumları dayandırmaq lazımdır. Onlara bir neçə dəfə demişəm ki, bazarlarda, hüseyniyyələrdə və məscidlərdə partlayışlara son qoymaq, əsas diqqəti hərbçilərə və şiə milislərə yönəltmək lazımdır".

Audiomüraciətdə əl-Zavahiri xristianlarla əməkdaşlıq məsələsinə də toxunaraq bildirib ki, qətiyyətlə bu əlaqənin əleyhinədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26