Interposta.Info

“Reina”da qətliam törədən

Dünya
 4-01-2017, 11:11     647

“Reina”da qətliam törədən
Türkiyədəki gecə klubunda baş verən hadisə ilə bağlı bəzi məqamlar ortaya çıxıb

"Qafqazinfo" Habertürk-ə istinadən xəbər verir ki, terrorçunun qətliamdan sonra getdiyi restorandan 570 nəfərin barmaq izi götürülüb və polis şöbəsinə təqdim edilib.

Həmçinin, hadisə zamanı yaralananların ifadələri də alınıb. Fotoları yayılan cinayətkar barədə rəsmi açıqlama verilməsə də, onun uyğur türkü olduğu bildirilib.

Adı məlum olmayan şəxsin İŞİD-in xüsusi və seçmə təhsilli hərbiçilərdən ibarət "Yalnız qurd" qolunun üzvü olduğu vurğulanıb.

Bu təşkilat Orland və Nice-də qanlı terror hadisələrinə imza atıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26