Interposta.Info

Koronavirusun yayılmasına təsir edən amillər açıqlanıb

Ölkə
 3-07-2020, 18:05     980

“Yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməsi koronavirus infeksiyasının yayılmasına təsir edən amillərdəndir. Bizim o qədər imkanımız yoxdur ki, hər kəsə tək-tək nəzarət edək”.

"İnterPosta" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

R.Bayramlı bildirib ki, yoluxmuş ola biləcək və aşkar edilməyən faktlar da təhlükəli haldır:

“Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Simptomları olmayan şəxslər də var. Evdə müalicə alan şəxslərin sağlamlığına nəzarət edə bilərik. Gün ərzində iki dəfə həmin şəxslər sorğu-sual edilir və evlərə mütəxəssis göndərilir. Nəzarət daha da sərtləşdiriləcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26