Interposta.Info

ELDAR MAHMUDOVUN LONDON MÜLKLƏRİ – Baş Prokurorluq sabah şərh verəcək

Ölkə
 1-06-2020, 09:04     716

Eldar Mahmudovun London mülkləri ilə bağlı Bakıdan açıqlamalar - Prokurorluq sabah açıqlama yayacaq. Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda dəyəri 100 milyon funt sterlinqdən çox olan dəbdəbəli mülkləri ilə bağlı məlumatlara Bakıdan reaksiya verilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “BBC News Azərbaycanca”-ya deyib ki, bu məsələ ilə bağlı araşdırma aparılmalıdır.

"Görünür, nəzarətsizlikdən istifadə edərək belə hallar ortaya çıxıb. Məhz bunlara görə də o, zamanında vəzifədən götürüldü, indi də əməlləri araşdırılır. Səlahiyyətli orqanlar bu məsələni araşdırmalıdır və yəqin ki, bu məsələ ilə məşğul olurlar", deputat bildirib.

Eldar Mahmudovdan araşdırmadakı iddialara şərh almaq mümkün olmayıb.

Baş Prokurorluq bu araşdırma ilə bağlı sabah şərh verəcəyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26