Interposta.Info

Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq (VİDEO)

---
 28-02-2021, 20:19     337

Füzulidə yeni qurulan hava limanının uzunluğu 3 min metr olacaq.

"İnterPosta"-nın Trend-ə istinadən məlumatına görə, bu barədə gürcü jurnalistlərinə Füzuli aeroportunun tikinti işlərini aparan şirkətin nümayəndəsi Şaiq Qocayev məlumat verib.

Şirkət nümayəndəsi bildirib ki, Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hazırda torpaq qatı çıxardılaraq əvəzinə təbii çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Ş.Qocayev bildirib ki, tikinti işlərinin vaxtında başa çatması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26