Interposta.Info

Huner Group inşaat şirkəti vergidən belə yayınır - 50 işçi şahidlik edir + VİDEO

---
 19-11-2019, 15:53     8 854

Bir gün öncə bir qrup usta və fəhlə "Huner Group" inşaat şirkətinə əmək haqqlarının ala bilmədikləri üçün etiraz ediblər.

"İnterPosta.info"nun məlumatına görə, işçi qüvvələri bildirirlər ki, aylıq 260 AZN kart ilə ödəniş olunur digər məbləğ əlbə-əl verilir. Aylıq 900 AZN şirkətdən əmək haqqı alınır bu da vergidən yayınmaqdı. Şikayətçilər iddia edir ki, onlar işdən çıxma ərizəsi yazmayıb. Şirkət saxta işdən çıxma ərizəsini onların adından yazıb. Məsələ ilə bağlı adı qeyd olunan tikinti şirkətinin ictimaətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev münasibət bildirib. Şikayətçilər Nəsimi Paşayevin açıqlamasını yalan və cəfəngiyyat adlandırıblar. Daxil olmuş şikayəti nəzarətdə saxlayıb, sizə növbəti araşdırmaları təqdim edəcəyik./xalqxeber.az

Onuda qeyd edək ki, 50 işçinin hər biri ayda 900 nanat əmək haqqı alırsa bu bir ayda 45000 manat edir!
Amma işçi qüvvəsi iddia edir ki, sənətdə onların əmək haqqı 260 manat yazılır. Buda o deməkdir ki, 50 nəfər işçi bir ayda 13000 man əmək haqqı hesablanır və 45000 manatın deyil, 13000 manatdan vergi hesablaması tutulur.

Beləliklə "Huner Group" inşaat şirkəti tək 50 nəfər işçinin hər ay əmək haqqısından 32000 manat gizlətməklə verigidən yayınr. Hələ bizə məlum deyil ki, ümumilikdə şirkətin nəqədər işçisi olduğunu da bilmirik!

İnanırırıq ki, aydiyatı orqanlar "Huner Group" inşaat şirkətinin bu qara işlərinə dur deyəcək!


Məsələ ilə bağlı "Huner Group" inşaat şirkətinin rəsmisi Nəsimi Paşayevlə əməkdaşımız əlaqə saxlayıb. N.Paşayev bildirir ki, şirkətləri heç bir vergidən yayınmaya yol verməyib.

İnterPosta.info

[media=https://www.youtube.com/watch?v=gWfpP83k-5s]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26