Interposta.Info

Qış günü Bərdə küçələrində gecələyən ana-baladan bəd xəbər

Gündəm
 11-02-2019, 12:16     10 522

"İçində insan sevgisi olan dostlar, sizə səslənirəm. Təcili olaraq bu məlumatı maksimum şəkildə paylşaq ki, bəlkə səsimiz daha yuxarılara çata və özünü karlğa, korluğa vurmuş cavabdeh məmurları tərpədən ola...".

İnterPosta.info
Qaynarinfo-a istinadən xəbər verir ki, bunu sosial şəbəkə istifadəçilərindən Allahyar Eyubov yazıb.

Onu belə bir çağırışa məcbur edən isə Bərdə rayonunda yaxın günlərədək küçələrdə, parklarda gecələmək məcburiyyətində qalmış ana-bala iki vətəndaşımızın düşdüyü acınacaqlı durumdur: "1979-cu il təvəllüdlü gözdən əlil, xərçəng xəstəsi Musayeva Nazilənin və səkkiz yazlı oğlu Ülvinin həyatı ciddi təhlükə qarşısındadır. Bərdə şəhərinin parklarında gecələyən bu iki məshumun durumu barədə xəbər tutandan sonra bir neçə dostla onlara baş çəkdik və kirayə tutduq. Ülvini internat məktəbinə qoyduq. Amma soyuq gecələrdə parkda gecələmək və pis qidalanmaq, vaxtında müayinə və müalicə olunmamaq səbəbindən Nazilənin sağlamlığı tam pozulub. İndi təcili ciddi müalicə edilməsələr, onun həyatda qalması müşkül olacaq".

A.Eyubov onu da yazıb ki, həkimlərin rəyinə görə, Nazilə təcili əməliyyat olunmalıdır:
"Bunun üçün isə xeyli pula ehtiyac var. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kömək əlini uzatmasa, biz onun müalicə xərclərini qarşılaya bilməyəcəyik. Bununla da Nazilənin həyatda qalması mümkünsüz, anasız qalan məsum körpəsi Ülvinin taleyi isə qaranlığa qərq olacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26