Azərbaycanlı teleaparıcının qızı çinli oğlana ərə gedib (VİDEO)
Tanınmış teleaparıcı, əməkdar artist Nərgiz Cəlilovanın qızı Nərmin çinli bəylə ailə qurub.
"İnterPosta.info" baku.ws-ə istinadən xəbər verir ki, o, bu barədə İradə İsakın "Birdən milyona" verilişində danışıb.
Cəlilova qızının Tibb Universitetində 4 il təhsil aldıqdan sonra təhsilini Fransada davam etdirdiyini, hazırda isə Amerikada yaşadığını açıqlayıb.
İradə İsak Cəlilovaya qızının çinli biri ilə ailə qurmasını niyə ictimaiyyətdən gizlətdiyini soruşub:
"Xeyr, gizlətmədim, sadəcə bəyan etmədim. Nərmin mediada, sosial şəbəkədə heç vaxt görünmək istəməyib. Ailə qurmasının da ictimailəşməsini istəmədi. Nərminin həyat yoldaşı uyğurdur, sadəcə Çində doğulan uyğurdur. Uyğur türküdür. Amma Amerika vətəndaşıdır".
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26