Interposta.Info

Banklar “qara bazar”ı

İqtisadiyyat
 17-01-2017, 11:32     939

Banklar “qara bazar”ı
Bankların dolları, satış qiymətindən 8 qəpik aşağı almaları qanunsuz dollar ticarətinə meydan açır

“Marja” xəbər verir ki, bu gün “qara bazar”da dollar 1.84 manata alınıb, 1.86 manata satılır.

Banklarda isə Dolların satış qiyməti 1.87-1.88 manat səviyyələrindədir.

Qiymətlər bunu deməyə əsas verir ki, hazırkı vəziyyətdə “qara bazar”ı dəstəkləmək banklara sərf etməz. Banklar Dolları 1.88 manatda sata biləcəkləri halda, nə üçün “qara bazar” vasitəsilə 1.86 manata satsınlar?!

Banklar alış qiymətini qaldıraraq Dollar alışını artıra, “qara bazar”ı sıxışdıra bilərlər. Bunu nə üçün etmədikləri dəqiq bilinmir. Düzdür, banklar alış və satış qiymətləri arasındakı böyük fərqlə böyük qazanc götürə bilərlər. Lakin banklara dollar satan yoxdursa bu yanaşma da mənasız olur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26

OXŞAR XƏBƏRLƏR

Banklar
12:27
2017.02.09
Azərbaycanda
16:33
2017.02.01
Banklarda
15:52
2017.01.31
Banklar dolları
16:39
2017.01.13