Interposta.Info

Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…

Ölkə
 14-12-2018, 12:15     9 836

Uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım.

İnterPosta.info
xəbər verir ki, bu sözləri Unikal.org-a Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının keçmiş sədri Əli Əsgərov deyib.

Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib:

“Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.

Əli Əsgərov Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovun qardaşıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26