Interposta.Info

Bakıya giriş-çıxış bağlanacaqmı? (RƏSMİ)

Ölkə
 17-03-2020, 15:01     404

Bakıya giriş-çıxışa məhdudiyyətlər qoyulacağı ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri qaynarinfo-ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahdan bildiriblər.

"Bununla bağlı hər hansı rəsmi məlumat yoxdur”, - Qərargahdan bildirilib.

Xatıladaq ki, bu gün axşam saat 18:00-da müvəqqəti olaraq Bakıya giriş-çıxışın məhdudlaşdırılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bayram öncəsi Bakıya giriş-çıxışın dayandırılması koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə atıldığı deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26