Keçmiş nazir deputat olmaq istəyir: Seçkiyə hansı dairədən gedəcək?

"Parlament seçkilərində iştirak edəcəyimlə bağlı son qərarımı hələ verməmişəm".
Bunu "İnterPosta"-ya açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O, parlamentdə təmsil olunsa, hökumətə fayda verə biləcəyini düşünür:
"Bakı şəhəri və Abşeron rayonundan namizədliyimi irəli sürə bilərəm. Əsasən Abşeronda yaşamışam, ata-baba yurdum oradır. Amma Nəsimi rayonunda yaşayıram, oradan da namizəd ola bilərəm".
Fikrət Yusifov bu həftənin sonunda qərarını açıqlayacağını bildirib.\qaynarinfo.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26