Interposta.Info

Ararat Mirzoyan mina xəritələrinin Ermənistanda olduğunu etiraf etdi

Siyasət / Manşet
 23-01-2024, 18:08     19 066

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.

"İnterPosta" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.

Nazir həmçinin Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunduğunu bildirib.

Mirzoyan xatırladıb ki, ötən il iyul və noyabr aylarında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların görüşü keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26