Interposta.Info

Prezident səfiri geri çağırdı, yeni təyinatlar etdi

Siyasət / Manşet
 10-10-2023, 19:20     234


Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Dövlət başçısı həmçinin Ruslan Rafael oğlu Nəsibovu Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26