Interposta.Info

Ermənistan Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirir - MN

Siyasət / Manşet
 11-05-2023, 12:14     263


Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə "İnterPosta"ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

"Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26