Interposta.Info

Ermənistan Azərbaycana itkin düşmüş 10 nəfərin qalıqlarını və iki xəritə verdi

Siyasət / Manşet
 5-12-2022, 15:51     253

Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşən 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib.

"İnterPosta" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib”, deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26